Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi
Bu barədə Azərbaycan XİN-dən bildirilib
5 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.
Bu barədə Azərbaycan XİN-dən bildirilib.
Nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak və çıxış edəcək.