XƏBƏRLƏR / Siyasət

Sabah "Məkkə İttifaqı"nın ilk toplantısı keçiriləcək

Məkkə Sazişinə əsasən, tərəflərdən birinə qarşı həyata keçirilən hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndirilir

Sabah "Məkkə İttifaqı"nın ilk toplantısı keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə imzalanan Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk toplantısı sabah İstanbulda keçiriləcək.

    Toplantıda Türkiyəni xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri general Selçuk Bayraktaroğlu, Pakistanı Baş nazirin müavini və xarici işlər naziri İshaq Dar, federal müdafiə naziri Xavaca Məhəmməd Asif, Müdafiə Qüvvələri və Quru Qoşunları komandanı marşal Seyid Asim Münir; Səudiyyə Ərəbistanını isə xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud, müdafiə naziri şahzadə Xalid bin Salman bin Əbdüləziz Al Səud və Baş Qərargah rəisi general Fəyyad bin Hamed Ər-Ruveyli təmsil edəcəklər.

    Görüşdə regional və beynəlxalq təhlükəsizlik, müdafiə sənayesi əməkdaşlığı, birgə istehsal və elmi tədqiqat, hərbi qüvvələrin qarşılıqlı fəaliyyət imkanlarının artırılması və terrorla mübarizə məsələləri müzakirə olunacaq.

    Qeyd edək ki, Məkkə Sazişinə əsasən, tərəflərdən birinə qarşı həyata keçirilən hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndirilir. Saziş həmçinin birgə çəkindirmə imkanlarının gücləndirilməsini hədəfləyir.