XƏBƏRLƏR / Siyasət

Mark Rutte NATO-nun yeni Baş katibi olacaq

Bu barədə "Politico" dərgisi yazır

Mark Rutte NATO-nun yeni Baş katibi olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Niderlandın Baş nazir vəzifəsini icra edən Mark Rutte NATO-nun yeni Baş katibi olacaq. 

    Bu barədə Politico nəşri yazır:

    "NATO-nun Baş katibi vəzifəsinə təyin olunmaq üçün alyansa üzv olan 32 ölkənin hamısının dəstəyi lazım idi və o, artıq bu dəstəyi almışdı. Çərşənbə axşamı Macarıstan və Slovakiyanın onu dəstəkləməsindən sonra Rumıniya cümə axşamı Rutteyə dəstəyini təsdiqləyib və Rumıniya Prezidenti Klaus İohannis NATO-ya rəhbərlik etmək üçün namizədliyini geri götürüb.

    "Rutte kritik bir zamanda - ABŞ seçkilərinə cəmi bir ay qalmış NATO rəhbərliyini təhvil alacaq. O, oktyabrın 2-də, Şərqi Avropada Rusiya təcavüzünə qarşı ən uğurlu maneə rolunu oynayan hərbi ittifaqın taleyini müəyyən edəcək".