17:51
Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.


BİRBAŞA
Tədbirdə iştirak edənlər:
• Azərbaycan Prezidenti İlham Əliyev;
• Vyetnamın vitse-prezidenti Vo Thi Anh Xuan;
• Toqo Nazirlər Şurasının sədri Faure Essozimna Gnassingbe;
• Qırğızıstan Prezidenti Sadir Japarov;
• Misir Baş nazirinin müavini Hüseyn İsa;
• Belarus Prezidenti Aleksandr Lukaşenko;
• Hindistan Baş naziri Narendra Modi;
• Özbəkistan Prezidenti Şavkat Mirziyoyev;
• Ermənistan Baş naziri Nikol Paşinyan;
• İran Prezidenti Məsud Pezeşkyan;
• Rusiya Prezidenti Vladimir Putin;
• Tacikistan Prezidenti Emoməli Rəhmon;
• Laos Prezidenti Thonqloun Sisulit;
• Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev;
• Monqolustan Prezidenti Uxnaaqiyn Xürelsux;
• Pakistan Baş naziri Şahbaz Şərif;
• Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan.
Beynəlxalq təşkilatlardan:
• BMT-nin Baş katibi António Guterres.
Qeyd edək ki, avqustun 31-dən sentyabrın 7-dək Qırğız Respublikasında VI Dünya Köçəri Oyunları keçirilir. Dünyanın müxtəlif ölkələrindən idmançıları, məşqçiləri və nümayəndə heyətlərini bir araya gətirəcək mötəbər yarış Türk dünyasının zəngin tarixi-mədəni irsinin, milli idman növlərinin və ənənələrinin beynəlxalq miqyasda təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Oyunların açılış mərasimi bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərindəki “Bişkek Arena”da təşkil olunub. Əsas idman yarışlarının isə İssık-Kul vilayətində, əsasən Çolpon-Ata şəhərində təşkili nəzərdə tutulur. Yarışlara 100-dən çox ölkədən iştirakçıların qatılacağı gözlənilir. Rəsmi proqramda 43 etnosport və ənənəvi idman növünün yer alması tədbirin miqyasını və rəngarəngliyini nümayiş etdirir.
Azərbaycan VI Dünya Köçəri Oyunlarında 17 nəfərlik nümayəndə heyəti ilə təmsil olunacaq. Heyətə 10 idmançı, 6 məşqçi və 1 nümayəndə daxildir.
Ölkəmizi 10 idmançı 9 idman növündə – alış, qırğız kuroş, quştinqiri, güləş, pəhləvan güləşi, qazax kuresi, qoreş, mas-restlinq və manqala üzrə təmsil edəcək.
İdmançılarımızın bu yarışda iştirakı həm ölkənin milli idman ənənələrinin beynəlxalq səviyyədə nümayiş etdirilməsi, həm də müxtəlif xalqların ənənəvi idman növləri ilə təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətlidir.
Xüsusilə güləş və milli döyüş növləri Azərbaycan idman mədəniyyətində qədim tarixə malikdir. Pəhləvanlıq ənənələri, milli güləş növləri və müxtəlif güc yarışları xalqımızın tarixən formalaşmış idman mədəniyyətinin mühüm hissəsini təşkil edir. Bu baxımdan Azərbaycanın Köçəri Oyunlarında təmsil olunması ölkəmizin milli idman irsinin beynəlxalq aləmdə tanıdılması üçün də mühüm imkan yaradır.
***
16:03
Qırğızıstanın paytaxtı Bişkekdə Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilib.
VİDEO
***
09:26
ŞƏT üzv dövlətlərinin liderləri qarşıdan gələn tədbirlərdə iştirak etmək üçün Qırğızıstana gəlirlər.
Onlar 31 avqustda Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edəcəklər.
ŞƏT sammiti və "ŞƏT Plus" sammiti 1 sentyabrda keçiriləcək.
Qırğızıstan yubiley ilində ŞƏT-ə sədrlik etməyə başlayır — təşkilat 2026-cı ildə 25 illik yubileyini qeyd edir.
Bu günə qədər ŞƏT üzv dövlətlərinin aşağıdakı nümayəndələri artıq Qırğızıstana gəliblər: Vyetnamın vitse-prezidenti Vo Thi Anh Xuan, Hindistanın Baş naziri Narendra Modi, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Çin Prezidenti Si Cinpin, Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Məsud Pezeşkian, Ermənistanın Baş naziri Nikol Paşinyan, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev..
4 dəqiqə