İran BMT-nin Qadınlar təşkilatından çıxarıldı
Bununla bağlı Birləşmiş Millətlər Təşkilatı qərar verib
İran qadın hüquqlarını pozduğuna görə BMT-nin Qadınlar Təşkilatından xaric edilib. Bununla bağlı Birləşmiş Millətlər Təşkilatı qərar verib. “İran administrasiyası qadınlara qarşı ayrı-seçkilik və qəddarlıq etdiyinə görə məsuliyyət daşımalıdır”,-deyə qərarda bildirilib.
BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) İranın BMT-nin Qadının Statusu üzrə Komissiyasından (CSW) dərhal çıxarılmasına dair qətnaməsinə səs verib. 54 üzvdən ibarət ECOSOC-da 29 üzv ölkə qətnamənin lehinə, 8 üzv, o cümlədən Rusiya və Çin isə əleyhinə səs verib. 16 üzv dövlət bitərəf qalıb.
Qeyd edək ki, 45 üzvdən ibarət BMT-nin Qadınların Vəziyyəti Komissiyası gender bərabərliyini təşviq etmək və qadınların səlahiyyətlərini genişləndirmək üçün çalışır.