XƏBƏRLƏR / Siyasət

Aİ İrana qarşı dayandırılmış sanksiyaları bərpa etdi

Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir.

Aİ İrana qarşı dayandırılmış sanksiyaları bərpa etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 29-da Aİ İrana qarşı 2015-ci ildə dayandırılmış sanksiyaların qismən bərpa olunduğunu elan edib.

    Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir.
    "Bu gün Aİ Şurası 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA və ya İran nüvə sazişi) qüvvəyə minməsi ilə dayandırılmış İranın nüvə silahının yayılmasına qarşı fəaliyyətinə qarşı bir sıra məhdudlaşdırıcı tədbirlərin bərpasına razılıq verib", - bəyanatda deyilir.


    Məlumata görə, tədbirlər, xüsusən, fiziki şəxslərə qarşı fərdi məhdudiyyətlərə, ticarət, maliyyə və nəqliyyat sektorlarında sanksiyalara aiddir.