XƏBƏRLƏR / Siyasət

Çin lideri Si Cinpin Bişkekə səfər edib

Qırğızıstan Prezidentinin rəsmi saytı xəbər verir

Çin lideri Si Cinpin Bişkekə səfər edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Bişkekdə Çin Xalq Respublikasının sədri Si Cinpinin rəsmi qarşılanma mərasimi keçirilib.

    Qırğızıstan Prezidenti Sadir Japarov və birinci xanım Aygül Japarova Çin lideri Si Cinpin və birinci xanım Pen Liyuanı qarşılayıblar.

    Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı və ayrı-ayrı dövlət başçılarının rəsmi səfərləri ilə bağlı tədbirlər 31 avqust və 1 sentyabr tarixlərində Bişkekdə keçirilir. Rəsmi rəqəmlərə görə, paytaxtda 21 prezident və baş nazirin olması gözlənilir. Bununla bağlı misli görünməmiş təhlükəsizlik tədbirləri görülüb.