XƏBƏRLƏR / Siyasət

Hikmət Hacıyevin NATO Baş Qərargah rəhbərliyi ilə görüşü

Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyi "X" hesabında məlumat verib

Hikmət Hacıyevin NATO Baş Qərargah rəhbərliyi ilə görüşü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş Qərargahını ziyarət edib.

    Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyi "X" hesabında məlumat verib.

    Brüsselə səfəri çərçivəsində NATO Baş Qərargahında Azərbaycan Prezidentinin köməkçisi NATO-nun Şimal Atlantik Şurasının səfirləri, eləcə də Baş katibin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Ruqe Borislə görüşüb.

    Görüş zamanı NATO-nun Şimal Atlantik Şurası səfirlərinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü xatırlanıb.

    Tərəflər genişmiqyaslı məsələlər üzrə, o cümlədən uğurlu Azərbaycan-NATO tərəfdaşlığı və əməkdaşlıq perspektivləri barədə, Avropanın enerji təhlükəsizliyi, regional təhlükəsizliyə dair məsələlər və Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.