Ceyhun Bayramov ABŞ Prezidenti ilə görüşüb
Bu haqda Ceyhun Bayramov özünün “X” hesabında məlumat verib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində ABŞ Prezidentinin təşkil etdiyi rəsmi qəbulda iştirak edib.
Bu haqda Ceyhun Bayramov özünün “X” hesabında məlumat verib.
Məlumatda, həmçinin qəbulun Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən nümayəndə heyətlərinin başçıları üçün təşkil olunduğu bildirilib.