XƏBƏRLƏR / Siyasət

Fidan Ermənistanla sərhədin açılması üçün şərti təkrar etdi

Türkiyənin xarici işlər naziri bunu “Sabah” qəzetinə müsahibəsində deyib

Fidan Ermənistanla sərhədin açılması üçün şərti təkrar etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi müsbət nəticə verərsə, Ermənistanla sərhəd qapılarımızı aça bilərik.

    Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sabah” qəzetinə müsahibəsində deyib.

    "Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi davam edir. Bunun müsbət nəticə verməsi üçün ssenarimizi hazırlamalıyıq.

    Hazırkı fəaliyyətlər də bu istiqamətdədir. Əgər tamamlanarsa, müsbət ssenarini aktivləşdirəcəyik. Beləliklə, biz sərhəd qapımızı aça bilərik", - deyə o əlavə edib.

    Qeyd edək ki, bir müddət öncə Ermənistan-Türkiyə sərhədində iki ölkə arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıçın 5-ci görüşü keçirilib.

    Bundan başqa Hakan Fidan “Sabah” qəzetinə açıqlamasında “Türkiyə və Suriya prezidentləri arasında danışıqlar aparılarsa, bu, üçüncü ölkə olacaq” deyib. Ərdoğan və Əsəd arasında görüş planlaşdırılır.