XƏBƏRLƏR / Siyasət

Suriyanın Londondakı səfirliyi 18 il sonra yenidən açılıb

Bu barədə Suriyanın xarici işlər naziri Həsən əl-Şeybani özünün “X” hesabında məlumat verib

Suriyanın Londondakı səfirliyi 18 il sonra yenidən açılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Suriyanın Böyük Britaniyadakı səfirliyi fəaliyətini bərpa edib.

    Bu barədə Suriyanın xarici işlər naziri Həsən əl-Şeybani özünün “X” hesabında məlumat verib.

    O, səfirliyin binasında Suriya bayrağını qaldırıb.

    “Əsəd rejiminin illərdir yaratdığı təcriddən sonra bu gün Londonda Suriya səfirliyi yenidən açılır. Suriya öz azad kimliyi ilə dünyaya qayıdır,” deyə, Şeybani bildirib.

    Qeyd edək ki, Suriyanın sabiq hökuməti dövründə Britaniya ilə Suriya arasında diplomatik əlaqələr kəsilmişdi.