Kazanda Əliyev-Paşinyan ikitərəfli görüşü olub YENİLƏNİB
Görüş nümayəndə heyətlərinin iştirakı ilə keçir VİDEO
17:07
Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.
Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.
***
14:56
Bu dəqiqələrdə Kazanda BRİKS-in 16-cı sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli görüş keçirilir. VİDEO
Bu görüş heç bir vasitəçilik olmadan Bakı və İrəvan arasında ikitərəfli dialoq çərçivəsində keçirilir.