XƏBƏRLƏR / Siyasət

Bakı Təşəbbüs Qrupunun beynəlxalq konfransı başa çatıb FOTO

Konfransın mövzusu "Hindistanda Sikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: Mövcud reallıqlar"dır YENİLƏNİB

Bakı Təşəbbüs Qrupunun beynəlxalq konfransı başa çatıb FOTO
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 16:22

    Bakı Təşəbbüs Qrupu (BTQ) və Beynəlxalq Siqh Federasiyası Hindistanda siqhlərə və digər azlıqlara qarşı zorakılıq və ayrı-seçkiliyə qarşı qlobal səviyyədə fəaliyyətə çağırış edib.

    Təşkilatlar “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilmiş beynəlxalq konfransda Hindistanda 1984-cü ildə siqhlərə qarşı törədilən kütləvi zorakılıqları və onilliklər boyu davam edən cəzasızlıq mühitini müzakirə ediblər.

    Tədbirdə zorakılıqda iştirak edən siyasətçilərin, polis məmurlarının məsuliyyətə cəlb olunması, sağ qalanlara ədalət və təzminatın təmin edilməsi, şahidlərin qorunması və güclü anti-zorakılıq qanunlarının qəbulu tələb edilib.

    BTQ və Beynəlxalq Siqh Federasiyası bütün ölkələri, vətəndaş cəmiyyətlərini və qlobal institutları siqhlərlə həmrəy olmağa çağırıb.

    Azərbaycanda ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransın yekununda Bakı Təşəbbüs Qrupu ilə Siqh Federasiyası arasında siqh zorakılığına qarşı qlobal fəaliyyət naniminə beynəlxalq ictimaiyyətə çağırış sənədi imzalanıb.

    ***

    13:03

    Biz Allaha ibadət və meditasiya vasitəsilə bağlıyıq, amma hüquqlarımızı qorumaq üçün lazım olan hər şeyə də gücümüz çatır. Bu anlayış siqh nəsillərinin DNA-sına daxil olub, əsrlərboyu mübarizələr davam edib. Biz azlıq olmağımıza baxmayaraq heç bir zülmkar rejim qarşısında baş əyməyəcəyik.

    Bu sözləri “The Sikh Network” media portalının sədri Khatkar Jaswinder Singh Bakıda “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

    O bildirib ki, Hindistanda siqh əhalisi ümumi əhalinin təxminən 2 faizindən də azını təşkil edir. Ölkənin bugünkü əhalisi 1,4 milyard olduğu halda, Pəncabda siqhlərin sayı təxminən 30 milyon civarındadır. “Buna baxmayaraq, siqh kimliyi və prinsipləri bizi müəyyən edir və cəmiyyətə verdiyimiz töhfələr çox vaxt real sayımızdan daha böyük görünür”, - deyə “The Sikh Network” media portalının sədri vurğulayıb.

    ***

    Hindistan dövlətinə qarşı ilk təşkilatlanmış siqh etirazları 1950-ci illərdə başladı. Siqhlər Badanın dil əsaslı tanınmasını tələb edirdilər. Bu hüquq Hindistanın digər bütün ştatlarına verilmişdi. Onların hərəkətləri sülhsevər, demokratik və konstitusiyaya uyğun idi. Buna baxmayaraq, siqhlər həbs edildi, döyüldü və öldürüldü. Bu, siqhlərlə Hindistan dövləti arasındakı münasibətlərin başlanğıcı oldu.

    Bu sözləri “Everything's 13” təşkilatının üzvü Ranvir Siqh Bakıda “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

    Ranvir Siqhin sözlərinə görə, o dövrdə 60 mindən çox siqh dinc etiraz etdiyi üçün həbs olunmuşdu.

    ***

    Bu gün danışdığımız mövzu siqh icmasına qarşı zorakılıqdır. Bu yalnız Hindistanla əhatələnmir. Hindistan bu zorakılığı indi digər ölkələrə də yaymağa çalışır. Zorakılığın əsas səbəbi siqhlərin Xalistan uğrunda siyasi iradəsini və hərəkatını boğmaqdır.

    Bu sözləri Siqh Federasiyasının sədri Bual Moninder Singh Bakıda “Hindistanda siqhlərə və digər azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

    O bildirib ki, konfransda Hindistan dövlətinin tətbiq etdiyi ekstremal zorakılıq diqqətə çatdırılacaq. Bu zorakılıq icmaları təzyiq və əzab altında saxlamaq məqsədi daşıyır.

    ***

    Hesab edirəm ki, bu günün əsas tələblərindən biri Hindistanda baş verənləri dəqiq və obyektiv şəkildə işıqlandırmaqdır. Söhbət Hindistanda cinsi və digər azlıqlara qarşı yönəlmiş irqçilikdən, zorakılıqdan gedir.

    Bu sözləri Pəncab Əyalətinin İnsan Hüquqları və Azlıqlar üzrə naziri Rameş Singh Arora Bakıda “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

    O bildirib ki, Hindistandakı siqh icması üçün 1980-ci illərdə baş verənlər olduqca acı və üzücüdür.

    ***

    10:29

    Bakıda "Hindistanda Sikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: Mövcud reallıqlar" adlı beynəlxalq konfrans açılıb.

    Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilən konfransda Pakistanın Pəncab əyalətinin İnsan Hüquqları və Azlıqlar üzrə naziri Rameş Sinq Arora, Kanada, Böyük Britaniya və ABŞ-dan olan Sikh icmasının nümayəndələri, eləcə də insan hüquqları üzrə mütəxəssislər və alimlər iştirak edirlər. İştirakçılar arasında Hindistan hökumətinin repressiv siyasətinin qurbanları da var.