Ermənistan silahlı qüvvələrini Azərbaycandan çıxarmır
Rəsmi İrəvan 10 000 civarında hərbçisini Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir
Ermənistan 10 000 civarında silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir.
Bu fikirlər Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in Azərbaycan əleyhinə bəyanatına cavabında yer alıb.
"Hər hansı bir sülhpərvər mesaj kimi təqdim olunan çağırışlar heç bir əməli addımlarla müşayiət olunmursa, əksinə Ermənistan tərəfindən bu kimi saxta mesajlar səslənərkən eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialara yer verilirsə, 10000 civarında silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edirsə, Azərbaycanın işğal altında olan 8 kəndini azad etmirsə, Azərbaycan ərazilərində hərbi və siyasi təxribatlarını davam etdirirsə, Ermənistan bu kimi çağırışlarının heç bir əsası yoxdur", - deyə qeyd olunub.