İsrailin XİN rəhbəri Aşqabadda ölkəsinin səfirliyini açacaq
Eli Kohen Türkmənistana 29 ildə ilk dəfə rəsmi səfər edən İsrail naziridir
11:30
Türkmənistanda səfərdə olan İsrailin xarici işlər naziri Eli Koeni ölkə Prezidenti Sərdar Berdımuxammedov qəbul edib.
Koen Twittter hesabında məlumat verib: "Biz ölkələr arasında əlaqələrin gücləndirilməsi haqqında danışdıq və prezident İsraildə səfirlik açmaq barədə düşünəcəyini söylədi.
Türkmənistan strateji bir yerdə yerləşən və İranla həmsərhəd olan enerji mərkəzidir və ölkələr arasında əlaqələrin gücləndirilməsi təhlükəsizlik, sabitlik və iqtisadiyyata töhfə verəcək."
***
İsrailin xarici işlər naziri Eli Kohen Bakıdan Aşqabada yollanıb. Bununla bağlı o, "Twitter" hesabında belə mətn yazıb: "Mən Türkmənistana tarixi bir səfər üçün gəlmişəm, İsrail nazirinin buraya sonuncu səfərindən 29 il sonra.
Mən İranla sərhəddən 17 km aralıda İsrail səfirliyini açmağa, prezident və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirməyə gəlmişəm.
Türkmənistanla əlaqələr böyük təhlükəsizlik və siyasi əhəmiyyət kəsb edir və bu səfər İsrail dövlətinin regionda mövqeyini gücləndirəcək."
Aşqabad Hava limanında Eli Koheni Türkmənistan xarici işlər nazirinin müavini Berdı Mətiyev qarşılayıb.