XƏBƏRLƏR / Siyasət

Gürcüstan Prezidenti Türkiyəyə rəsmi səfər edib

Bu barədə Gürcüstan mənbələri xəbər verib

Gürcüstan Prezidenti Türkiyəyə rəsmi səfər edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gürcüstan Prezidenti Mixeil Kavelaşvili xanımı ilə birlikdə Ankaraya rəsmi səfər edib.

    Rəsmi səfər çərçivəsində Kavelaşvilini Prezident Sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edəcək və burada rəsmi qarşılanma mərasimi keçiriləcək. Digər yüksək səviyyəli görüşlər də nəzərdə tutulub, bundan sonra media üçün birgə bəyanat veriləcək.

    Səfər çərçivəsində Mixeil Kavelaşvilinin Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla da görüşü nəzərdə tutulub.

    Gürcüstan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Laşa Darsaliya, Gürcüstanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Arçil Kalandia, Prezident Administrasiyasının nümayəndələri, Türkiyə parlamenti ilə dostluq qrupunun rəhbəri və üzvləri Giorgi Çkoniya, Mariam Laşxi, Quram Maçaraşvili daxildir.

    Qeyd edək ki, Gürcüstan və Türkiyə strateji tərəfdaşdırlar.

    Ölkələr arasında 1992-ci il mayın 21-də diplomatik əlaqələr qurulub.