Sergey Lavrovun Bakıya səfərinin vaxtı müəyyənləşdi
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib
"Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana rəsmi səfər edəcək."
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya XİN rəhbərinin Bakıya səfəri fevralın 27-28-də baş tutacaq.
Zaxarova bildirib ki, Lavrovun Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacağı gözlənilir.