İlham Əliyev aprelin 13-də Bosniya və Herseqovinaya gedəcək
Tərəflər enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yetirəcək
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Bosniya və Herseqovinaya gedəcək.
Səfər çərçivəsində Azərbaycan liderinin Rəyasət Heyətinin üzvləri ilə görüşü nəzərdə tutulub.
Tərəflər enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yetirməklə iqtisadi əməkdaşlığı müzakirə edəcəklər.