XƏBƏRLƏR / Siyasət

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ İranla əlaqəli neft tankerlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

    Bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilib.

    Nazirlik 7 müəssisə və 5 tankeri İslam Respublikasının neft ixracı ilə əlaqəsi olduğuna görə sanksiya siyahısına daxil edib.

    Sanksiyaların bu raundunda hədəflənən şirkətlər müxtəlif ölkələrdə, o cümlədən Panama, Honq-Konq, Malayziya, Çin və Marşal adalarında qeydiyyatdan keçib. Bu siyahıya əlavə edilən tankerlər də bu qurumlarla əlaqələndirilib.