Fidan və Narışkin Bakı-İrəvan sülh müqaviləsi barədə danışıb
Türkiyə XİN rəhbəri Moskvada Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru ilə Ukrayna, Qəzza və Suriyanı da müzakirə ediblər
Bakı ilə İrəvan arasında sülh müqaviləsi Hakan Fidan və Narışkin arasında müzakirə olunub.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Moskvada Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru ilə görüşüb və burada Ukrayna, Qəzza və Suriyadakı vəziyyəti də müzakirə ediblər.
Səfər çərçivəsində Fidan Nijni Novqorodda BRICS+ ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək - onun Lavrovla görüşü gözlənilir.