Tramp ölüm cəzasını bərpa edən fərman imzaladı
Bu barədə Associated Press agentliyi yazır
Associated Press: Tramp federal səviyyədə ölüm cəzasını bərpa edən fərman imzaladı və bütün ştatlara ölümcül iynələr üçün kifayət qədər dərmanın olmasını əmr etdi.
Ağ Evin saytında dərc edilən sənəddə deyilir: “Birləşmiş Ştatların siyasəti ölüm cəzasına icazə verən qanunlara hörmət edilməsini və tam şəkildə icra olunmasını təmin etmək və edamlara maneçilik törədən və onların qarşısını almaqla qanunu sabotaj edən siyasətçilərə və hakimlərə qarşı çıxmaqdır"
ABŞ Baş Prokurorundan qanuna əsasən, ağır cinayətlərə, o cümlədən asayiş keşikçisinin öldürülməsinə, habelə qeyri-qanuni mühacirlərin törətdiyi ağır cinayətlərə görə ölüm cəzası tələb olunub.
Bundan əlavə, Tramp baş prokurora bütün ştatların öldürücü inyeksiyaların olması üçün kifayət qədər miqdarda dərmanla təmin olunması üçün lazımi tədbirlər görməyi tapşırıb.