XƏBƏRLƏR / Siyasət

İrəvan Bakıdan sülh sazişi ilə bağlı yeni təkliflər alıb

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib

İrəvan Bakıdan sülh sazişi ilə bağlı yeni təkliflər alıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb.

    Ermənistan mətbuatı xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib.

    Onun sözlərinə görə, bu artıq sülh sazişi layihəsi ilə bağlı tərəflər arasında mübadilə olunan 10-cu paketdir.

    “Proses dinamikdir, bəzən irəliləyiş var, bəzən yox. Amma biz işləyirik”, – Armen Qriqoryan bildirib.