Ermənistan və ABŞ TRIPP haqda çərçivə sazişi imzaladı
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb YENİLƏNİB/FOTO
17:10
ABŞ Dövlət Katibi Marko Rubionun Ermənistana səfəri başa çatdı.

Səfər təxminən bir saat davam edib.
***
16:32
Ermənistan və ABŞ Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası imzalayıblar.
Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio imzalayıblar.

Tərəflər həmçinin TRIP layihəsi çərçivəsində əməkdaşlıq haqqında çərçivə sazişi və mineral hasilatı və emalı üzrə çərçivə memorandumu imzalayıblar.
İmza mərasimi Yerevanın Zvartnots hava limanında baş tutub.

ABŞ dövlət katibi Rubio bir neçə saatlıq həyat yoldaşı Canet ilə birlikdə Ermənistan paytaxtına gəlib. Rubio Hindistandan Vaşinqtona gedərkən İrəvana işgüzar səfər edib.

***
16:04
ABŞ dövlət katibi Marko Rubionun təyyarəsi Irəvanın "Zvartnots" hava limanına enib. Dövlət katibini həyat yoldaşı Canet Dustebes Rubio müşayiət edir.

Qonağı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qarşılayıb.
***
15:15
Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Marko Rubionun təyyarəsinin Ermənistana enəcəyini, lakin İrəvana girməyəcəyini açıqlayıb.

Ararat Mirzoyan dövlət katibi ilə hava limanında görüşəcək və hava limanının prezident salonunda mətbuat konfransı keçiriləcək.
1 dəqiqə