Ukrayna XİN-dən Qarabağdakı qondarma "seçki"yə etiraz
Bu barədə Ukrayna XİN-nin saytında məlumat yerləşdirilib
Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 9-da Azərbaycanın Qarabağ ərazisində keçirilmiş qondarma “prezident seçkiləri”ni pisləyib.
Bu barədə Ukrayna XİN-nin saytında məlumat yerləşdirilib.
Qeyd edilib ki, bu qondarma “seçkiləri”n keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və nəticələri etibarsızdır:
“Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir”.
Xatırladaq ki, sentyabrın 9-da Samvel Şahramanyan Qarabağda separatçılarının yeni başçısı seçilib.