XƏBƏRLƏR / Siyasət

Blinken ermənipərəst senatora Bakının əhəmiyyətini izah edib

ABŞ dövlət katibi bunu 907-ci maddənin dayandırılması haqda dinləmələrdə bəyan edib

Blinken ermənipərəst senatora Bakının əhəmiyyətini izah edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Azərbaycanın İranla qorunmalı olan uzun sərhədi var" - Antoni Blinken.

    ABŞ dövlət katibi bunu Senatın Xarici Əlaqələr Komitəsində 907-ci maddənin dayandırılmasını və ABŞ-ın Azərbaycana hərbi yardım göstərməsini əsas gətirən dinləmələr zamanı deyib.

    Həmçinin ermənipərəst demokrat senator Bob Menendesin sualını cavablandıran Blinken 907-ci maddənin fəaliyyətinin dayandırılmasının digər səbəbi kimi “Azərbaycan Silahlı Qüvvələri ilə NATO arasında sülhməramlı missiyalarda iştirak çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsini” adlandırıb.

    Daha sonra Dövlət katibi hesab edir ki, Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalaya bilər. Bu barədə “Azadlıq” radiostansiyası məlumat yayıb.

    Dünən Konqres Senatının Xarici Əlaqələr Komitəsinin iclasında çıxış edən Blinken, "Məncə, bir fürsət var, şişirtmək istəmirəm, ancaq sülh razılaşmasını həqiqətən yekunlaşdırmağa imkan verən bir fürsət" deyib.