Rusiya XİN-dən Bakı və İrəvana çağırış
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün səsləndirib
Azərbaycan və Ermənistana arasında sülh prosesinə alternativ yoxdur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O qeyd edib ki, Rusiya qərarlıdır və mövqeyini bir daha təsdiq edir.
"Tərəfləri bəyanatlarda və hərəkətlərdə təmkinli olmağa və münasibətlərin normallaşması üzrə danışıqları bərpa etməyə çağırırıq”, - deyə Zaxarova bildirib.
Rusiya rəsmisi vurğulayıb ki, tərəflər arasında düşmənçilik ritorikasının artması, Qarabağda insidentlərin çoxalması narahatlıq doğurur.