XƏBƏRLƏR / Siyasət

Azərbaycan Prezidenti Vaşinqtonda atışma barədə

İlham Əliyev "X" sosial şəbəkə hesabında paylaşım edib

Azərbaycan Prezidenti Vaşinqtonda atışma barədə
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda keçirilən şam yeməyində baş verən atışma məni dərindən sarsıdıb.

    Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

    "Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Trampın, Birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram", - deyə Dövlət başçısı vurğulayıb.