ABŞ İran və Rusiyanı etibarlı tərəfdaşlar hesab etmir
Bunu 3+3 formatı haqda ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib
ABŞ Ermənistan və Azərbaycanın iştirakı ilə keçirilən dinc tədbirləri “alqışlayır”, lakin İran və Rusiyanı etibarlı tərəfdaşlar hesab etmir, Dövlət Departamenti bu gün Tehranda keçirilən sammiti şərh edərkən bildirib.
Dövlət Departamentinin sözçüsü Metyu Miller bugünkü brifinqdə Turanın Vaşinqton müxbirinə deyib: “Biz bu danışıqların harada getməsindən və kimin aparmasından asılı olmayaraq, Cənubi Qafqaz xalqlarının sülh və sabitliyinə töhfə verən istənilən ədalətli tədbiri alqışlayırıq”.
Bu arada o əlavə edib: “Eyni zamanda, biz Cənubi Qafqazın İran və Rusiyaya yaxın coğrafi mövqeyini bililik, lakin bu ölkələrdə etibarlı tərəfdaşlar tapmamışıq”.