XƏBƏRLƏR / Siyasət

Ermənipərəst konqresmenlər İrəvana $100 mln yardım istəyir

Maliyyə Qarabağdan könüllü olaraq ölkəyə qayıdan Ermənistan vətəndaşlarına dəstək üçün istifadə olunmalıdır

Ermənipərəst konqresmenlər İrəvana $100 mln yardım istəyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Konqresinin Erməni Məsələləri Komitəsinin həmsədri Frank Pallone və nümayəndə Nikol Malliotakis “Dövlət və Xarici Əməliyyatlar üzrə Təxsisatlar haqqında” qanun layihəsinə ikitərəfli düzəliş təklif ediblər.

    Onlar Avropa, Avrasiya və Mərkəzi Asiya (AEECA) üçün federal yardım hesabının bir hissəsi kimi Ermənistana ayrılan maliyyənin 100 milyon dollar artırılmasını təklif ediblər.

    Amerika Erməni Assambleyasının məlumatına görə, maliyyə Qarabağdan könüllü olaraq ölkəyə qayıdan Ermənistan vətəndaşlarına dəstək üçün istifadə olunacaq.