"İrana qarşı sanksiyaların ləğvi üçün hələ tezdir"
Bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen b'yan edib
Avropa Komissiyasının sədri Ursula fon der Leyen İrana qarşı sanksiyaların ləğvi üçün hələ tez olduğunu düşünür.
Reuters agentliyinin məlumatına görə, o, bu açıqlamanı Berlində Xristian Demokrat İttifaqı və Xristian Demokrat İttifaqı siyasi partiyalarının görüşü zamanı verib.
"Biz hesab edirik ki, sanksiyaların ləğvi üçün hələ tezdir. Bunun üçün İranda fundamental dəyişikliklər tələb olunur", - deyə Avropa Komissiyasının sədri vurğulayıb.
1 dəqiqədən az