XƏBƏRLƏR / Siyasət

Putin-Uitkoff danışıqları faydalı və konstruktiv keçib VİDEO

Bu bəyanatı Kreml rəhbərinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib YENİLƏNİB

Putin-Uitkoff danışıqları faydalı və konstruktiv keçib VİDEO
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:45

    Rusiya Prezidenti Vladimir Putinlə Donald Trampın nümayəndəsi arasındakı danışıqlar faydalı və konstruktiv keçib.

    "RİA Novosti” xəbər verir ki, bu fikirləri Kreml rəhbərinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. VİDEO

    O deyib ki, müzakirələrin əsasını Ukrayna böhranı, habelə Rusiya ilə ABŞ arasındakı strateji əməkdaşlığın mümkün inkişaf perspektivləri təşkil edib.

    - Rusiya Ukrayna məsələsi ilə bağlı Amerika tərəfinə siqnallar ötürdü və Trampdan müvafiq siqnallar aldı;

    - Rusiya prezidentinin Ukrayna məsələsi ilə bağlı dolğun məlumatı var;

    - ABŞ və Rusiya arasında strateji əməkdaşlığın mümkün inkişafı perspektivləri də müzakirə edilib;

    - Kreml Uitkoffla aparılan danışıqlar barədə Trampa məlumat verildikdə ətraflı məlumat verəcək.

    ***

    15:57

    Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş başa çatıb.

    TASS xəbər verir ki, müzakirələr üç saata yaxın davam edib.

    Bundan sonra Uitkoffu müşayiət edən avtomobillər Kremlin ərazisini tərk edib.

    ***

    13:04

    Kremldə Putinlə Uitkoff arasında görüş başlayıb.

    TASS-ın xəbərinə görə, Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş başlayıb.

    VİDEO