İlham Əliyev və Aleksandar Vuçiçin mətbuata bəyanatları
VİDEO
Prezident İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin mətbuata bəyanatları.
Belqradda keçirilən birgə mətbuat konfransında Azərbaycan və Serbiya liderlərinin əsas açıqlamaları:
Prezident İlham Əliyev
▪️ Serbiya və Azərbaycan həmişə bir-birinin yanında olan iki dost ölkədir;
▪️ Azərbaycan Serbiyaya böyük investisiyalar qoymağa hazırdır;
▪️ Elektrik stansiyalarının tikintisi, yenidən qurulması və bərpası hər iki ölkənin gələcək inkişafını təmin edir;
▪️ Azərbaycandan Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq.
Prezident Vuçiç
▪️ Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsi 16 dəfə artıb. Bu günə qədər, bugünkü müqavilələr də daxil olmaqla, ölkələr 57 sənəd imzalayıb;
▪️ İki ölkə arasında enerji əməkdaşlığını genişləndirmək lazımdır;
▪️ Bakı və Belqrad müdafiə sənayesində əməkdaşlıq məsələlərini müzakirə ediblər.