XƏBƏRLƏR / Siyasət

“Sülh Şurası” bəzən BMT ilə qarşılıqlı fəaliyyət göstərəcək

Bunu ABŞ prezidenti Donald Tramp bəyan edib

“Sülh Şurası” bəzən BMT ilə qarşılıqlı fəaliyyət göstərəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Sülh Şurası” bəzi hallarda BMT ilə qarşılıqlı fəaliyyət göstərəcək.

    Bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

    “Mən düşünürəm ki, onlar bizə müəyyən qədər kömək edə bilərlər. Dünyanın ən böyük liderləri “Sülh Şurasına” qoşulur və biz bəzi hallarda BMT ilə birgə fəaliyyət göstərəcəyik”, – o əlavə edib.

    Lakin Tramp iki qurum arasında əməkdaşlığın hansı məsələlər üzrə planlaşdırıldığını dəqiqləşdirməyib.