İsveç Türkiyəyə terroru dəstəkləməyəcəyinə söz verib
Bu barədə “Haber Global” telekanalı xəbər verib
İsveç Türkiyəyə terrorçu elan etdiyi təşkilatları dəstəkləməyəcəyinə və Avropaya inteqrasiya məsələsində hər cür köməklik göstərəcəyinə söz verib.
“Haber Global” telekanalı xəbər verir ki, bu məsələlərlə bağlı razılaşmaların əldə olunması nəticəsində Türkiyə tərəfi İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun ratifikasiya üçün parlamentə təqdim edilməsinə razılıq verib.
NATO sammitinə uçmazdan əvvəl Ərdoğan bildirib ki, Türkiyə Ankaranın Aİ-yə üzvlüyünə maneələri aradan qaldırmaq müqabilində İsveçin alyansa qoşulmaq istəyini dəstəkləyəcək. Bundan əvvəl Türkiyə hakimiyyəti bəyan etmişdi ki, bunun üçün əsas şərt İsveçin Terrorla Mübarizə üzrə Madrid Memorandumunun öhdəliklərini yerinə yetirməsi olmalıdır.