BƏƏ Prezidentinin müşaviri Trampın məktubunu İrana çatdırıb
Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi bildirib

Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik müşaviri ABŞ Prezidenti Donald Trampın məktubunu İrana çatdırıb.
Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi sosial media hesabında bildirib.
“Bu axşam mən BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaşla görüşdüm. İkitərəfli münasibətləri və regional məsələləri müzakirə etməklə yanaşı, ABŞ prezidentindən məktub da almışam”, - Araqçi qeyd edib.
Xatırladaq ki, 2019-cu ildə Xamenei Trampın ilk səlahiyyət müddətində Yaponiyanın ovaxtkı Baş naziri Sindzo Abe vasitəsilə göndərdiyi məktubu qəbul etməkdən imtina edib.