Mikayıl Cabbarov amerikalılarla TRİPP-i müzakirə etdi
Bu barədə iqtisadiyyat naziri "X" şəbəkəsində yazıb
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin İqtisadiyyat, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff və ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Avropa və Avrasiya üzrə regional meneceri Sara Leminq ilə görüşüb.

Görüş zamanı Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlığa yüksəldilməsini, eləcə də iqtisadi əlaqələrin gücləndirilməsi üçün əlverişli şərait yaradılmasını vurğuladıq.
Həmçinin enerji dəhlizlərini, Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunu (TRIPP), Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadi və ticarət komponentlərini, eləcə də Amerika şirkətlərinin ölkəmizdə həyata keçirilən infrastruktur, nəqliyyat, rəqəmsallaşdırma, süni intellekt və digər prioritet layihələrdə iştirak etmək imkanlarını müzakirə etdik", - o, "X" şəbəkəsində yazıb.
1 dəqiqə