XƏBƏRLƏR / Siyasət

Şahin Mustafayev Həştərxanda Aleksey Overçukla görüşəcək

Bu barədə TASS məlumat yayıb

Şahin Mustafayev Həştərxanda Aleksey Overçukla görüşəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • TASS xəbər verir ki, bu gün Həştərxanda Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasını keçirəcəklər.

    Avqustun 22-də Həştərxanda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclası keçiriləcək.

    Komissiyanın iclası zamanı iqtisadi sahədə bir sıra sənədlərin imzalanması gözlənilir.

    Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri Baş nazirin müavini Aleksey Overçuk və Baş nazirin müavini Şahin Mustafayevdir.