XƏBƏRLƏR / Siyasət

Makron Ərdoğanla Azərbaycan-Ermənistan danışıqlarına toxunub

Bu barədə Fransa Prezidenti X hesabında yazıb

Makron Ərdoğanla Azərbaycan-Ermənistan danışıqlarına toxunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub.

    Söhbətdə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlara toxunulub.

    "Biz Ermənistan və Azərbaycan arasında avqustun 8-də prezident Trampın keçirdiyi görüş nəticəsində yaranan ümidləri müzakirə etdik. Bütün sərhədlərin açılmasına və regional əməkdaşlığın gücləndirilməsinə imkan verəcək tərəqqinin davam etməsi vacibdir", - Fransa Prezidenti Emmanuel Makron bildirib.

    Tərəflər Rusiya-Ukrayna nüharibəsi və İsrailin Qəzzaya hücumunu da müzakirə ediblər.