Şarl Mişel noyabrın 29-da tutduğu postu təhvil verir
Bu barədə Aİ Şurası məlumat yayıb
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel (Charles Michel) noyabrın 29-da tutduğu postu portuqaliyalı siyasətçi Antonio Kosta (Antonio Costa) təhvil verəcək.
Bu barədə Aİ Şurası məlumat yayıb.
Antonio Kosta vəzifəsinin icrasına isə rəsmi olaraq dekabrın 1-də başlayacaq.
Xatırladaq ki, belçikalı siyasətçi Şarl Mişel 2019-cu ildən Avropa Şurasının prezidenti postunu tutur.