Rəsmi Moskva Azərbaycana hədə-qorxu gəlir?
XİN-nin sözçüsü Zaxarova Laçın yolunda "azad hərəkəti bərpa etməyə" tələb edir və Bakını sülhməramlılarla hədələyir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Bakını Laçın yolunu "açmağa" və "azad hərəkəti bərpa etməyə" çağırır.
“Moskva atəşkəs rejiminin pozulması hallarının artması və Laçın dəhlizinin blokadaya alınmasından son dərəcə narahatdır... Bu, üçtərəfli razılaşmalara ziddir. Rusiya sülhməramlıları vəziyyətə yerdəki proseslərə uyğun və üçtərəfli bəyanatlar çərçivəsində cavab verəcəklər”, - deyə Zaxarova bildirib.