XƏBƏRLƏR / Siyasət

Avropa Parlamenti Gürcüstan əleyhinə qətnamə qəbul edib

Qətnamədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin dərhal azad edilməsi çağırışı da təkrarlanıb

Avropa Parlamenti Gürcüstan əleyhinə qətnamə qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Avropa Parlamenti Gürcüstan əleyhinə qətnamə qəbul edib.

    Qətnamədə Gürcüstanla sadələşdirilmiş viza rejiminin yenidən nəzərdən keçirilməsi, həmçinin Gürcüstan hökuməti və parlamenti ilə rəsmi səviyyədə əlaqələrin məhdudlaşdırılması çağırışı edilib.

    Bundan başqa, sənəddə Aİ Şurası, Avropa Komissiyası, Avropa Xarici Fəaliyyət Xidməti və Ali nümayəndə Cozep Borellə Aİ-nin Gürcüstanla bağlı siyasətini hərtərəfli nəzərdən keçirmək çağırışı edilib.

    Qətnamədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin humanitar əsaslarla dərhal azad edilməsi çağırışı bir daha təkrarlanıb.

    Avropalı parlamentarilər Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Macarıstanın baş naziri Viktor Orbanın Tbilisiyə səfərini də pisləyiblər.

    Qətnaməni 444 deputat dəstəkləyib, 72 deputat əleyhinə səs verib, 82 deputat isə bitərəf qalıb.