XƏBƏRLƏR / Siyasət

ABŞ Gürcüstanı strateji tərəfdaşlıqdan çıxardı

Məlumat Departamentinin rəsmi saytında yerləşdirilib

ABŞ Gürcüstanı strateji tərəfdaşlıqdan çıxardı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Dövlət Departamenti Gürcüstanla strateji tərəfdaşlığa xitam verdiyini rəsmən elan edib.
    Məlumat Departamentinin saytında yerləşdirilib.

    “Gürcü Arzusu”nun Gürcüstanın Aİ-yə daxil olma prosesini dayandırmaq qərarı gürcü xalqının Avropa İttifaqı və NATO-ya tam inteqrasiya olunmaq barədə konstitusiya vədi ilə ziddiyyət təşkil edir. Gürcüstanın Aİ-yə üzvlük prosesini dayandırmaqla “Gürcü Arzusu” Avropa ilə daha sıx əlaqələrin mümkünlüyünü rədd etdi və Gürcüstanı Kreml qarşısında daha həssas etdi. Birləşmiş Ştatlar toplaşmaq və ifadə hüquqlarını, o cümlədən dinc etiraz azadlığını həyata keçirməyə cəhd edən gürcülərə qarşı polisin həddindən artıq güc tətbiqini pisləyir. Biz bütün tərəfləri etirazların dinc xarakter daşımasını təmin etməyə çağırırıq.
    - ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

    Onlar həmçinin rəsmi Tbilisini “toplaşmaq və ifadə azadlığını məhdudlaşdıran antidemokratik qanunları ləğv etməyə” çağırıblar.