XƏBƏRLƏR / Siyasət

Avropa İttifaqı SEPAH-ı terror təşkilatı kimi tanıyacaq

Bu barədə Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib

Avropa İttifaqı SEPAH-ı terror təşkilatı kimi tanıyacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) rəsmən terror təşkilatı kimi tanıması gözlənilir.

    “Al Arabiyya” telekanalı xəbər verir ki, bunu Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

    “Terrorçu kimi hərəkət edirsinizsə, sizinlə terrorçu kimi davranılmalıdır”, - Kallas Aİ ölkələrinin nazirlərinin bu gün keçiriləcək iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

    Qeyd edək ki, bundan əvvəl Fransa SEPAH-ın terror təşkilatı kimi tanınmasını dəstəkləyəcəyini bəyan edib.