Avropa Belarusa qarşı sanksiyaları bir il müddətinə uzadıb
Bu barədə Şuranın dərc olunmuş bəyanatında deyilir.
Aİ Şurası Belarusa qarşı "daxili repressiyalara görə" tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb.
Bu barədə Şuranın dərc olunmuş bəyanatında deyilir.
"Aİ Şurası Belarusda daxili repressiyalarla bağlı qadağanedici tədbirlərin daha bir il uzadılması barədə qərar qəbul edib. Qərar Belarusdakı vəziyyətin ciddiliyini nəzərə alaraq vəziyyətin illik təhlili əsasında qəbul edilib. Sanksiyalar 2024-cü il fevralın 28-dək qüvvədədir”, - sənəddə deyilir.
O, həmçinin qeyd edir ki, Aİ Şurası bu qərarı qəbul edərkən respublikanın Ukraynadakı müharibədə iştirakını nəzərə alıb.
Belarusla bağlı qara siyahıya 195 nəfər və 34 təşkilat daxildir.