Məmmədovla Spolyarich-Egger Laçın yolu barədə danışıblar
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə BQXK prezidenti Mirjana Spolyaric-Egger ilə görüş keçirib
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrəyə səfəri çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Mirjana Spolyaric-Egger ilə görüş keçirib.
"Tərəflər Azərbaycan və BQXK arasında əməkdaşlıq, münaqişədən sonrakı dövrdə regionda humanitar məsələlər və Laçın yolu ətrafındakı vəziyyəti müzakirə ediblər", - Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
İclasda Məmmədov Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, Qarabağın erməni sakinlərinin “blokadaya alınması” və orada baş vermiş guya “humanitar fəlakət” barədə deyilənlərin əsassız olduğunu vurğulayıb.
Nazir müavini görüşdə yol boyu vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti rejiminin dəyişməz qaldığını, Azərbaycan tərəfinin yerli əhaliyə birbaşa və ya BQXK vasitəsilə hər cür köməklik göstərməyə hazır olduğunu vurğulayıb.