ABŞ Sərhəd Mühafizəsinin nümayəndələri Naxçıvanla sərhəddə
ABŞ Gömrük və Sərhəd Mühafizəsi işçiləri Ermənistanda sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığı müzakirə edir
ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin (SMX) nümayəndələri Zvartnots və Naxçıvanla sərhəddə Arazdəyəndə (Yerasx) olublar.
Sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Ermənistana səfəri zamanı ABŞ Gömrük və Sərhəd Mühafizəsi nümayəndə heyəti Ermənistan rəsmiləri ilə görüşüb.
SMX nümayəndələri bir neçə məntəqədə, o cümlədən Zvartnots və Baqrataşendə sərhəd əməliyyatlarını müşahidə ediblər. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Amerikalı nümayəndələr Ermənistan-Azərbaycan sərhədində Arazdəyən (Yerasx) rayonunda da olublar.