XƏBƏRLƏR / Siyasət

Gürcüstanda inqilaba tələbat yoxdur

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Parlamentində çıxışında deyib

Gürcüstanda inqilaba tələbat yoxdur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstandakı etirazlar mahiyyəti etibarilə inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur.

    Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Parlamentində çıxışında deyib.

    “Gürcüstanda sosial məsələlərlə bağlı heç vaxt kütləvi etirazlar olmayıb, bunun bir çox səbəbi var, lakin hər halda bu baxımdan vəziyyət də qənaətbəxş deyil. İnsanlar yalnız ekzistensial bir problem, təhlükə hiss edildiyi zaman kütləvi şəkildə küçələrə çıxırlar. Bu gün də bu baş verir. Bu, çox dinc hərəkatdır, kütləvi vətəndaş itaətsizliyi hərəkatıdır. Bu, öz mahiyyətinə görə inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur”, - Zurabişvili deyib.