Rusiya Ermənistanın qazını kəsir
“Qazprom Ermənistan” məlumatına görə, bu qəza-bərpa işlərinin aparılması ilə bağlıdır

Gürcüstan ərazisində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Ermənistana qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.
“Qırmızı Körpü – Sevkar – Berd” tranzit magistral qaz kəmərində işlər aparılacaq, bununla əlaqədar avqustun 22-si saat 06:00-dan etibarən qaz təchizatı 24 saat müddətinə dayandırılacaq.
İstehlakçıların qaz təchizatı daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qazla təmin olunacaq.