Rusiya 2 həftədən sonra yenə Zəngəzur dəhlizini dəstəkləyir
TRİPP marşrutunu kəskin tənqid edən Overçuk indi layihənin tez bir zamanda işə salınmasını istəyir
"Ağbənd körpüsü beynəlxalq nəqliyyat dəhlizlərini gücləndirəcək."
Rusiya Baş nazirinin müavini Aleksey Overçukun sözlərinə görə, Ağbənd avtomobil körpüsü Şimal-Cənub və Şərq-Qərb dəhlizlərində mühüm bir əlaqəyə çevriləcək.
Onun sözlərinə görə, regionun infrastrukturu artıq əsasən hazırdır: yol şəbəkəsi formalaşıb və Meğri istiqamətində dəmir yolunun əhəmiyyətli bir hissəsi demək olar ki, tamamlanıb. Körpü İran, Naxçıvan və Türkiyə də daxil olmaqla əsas marşrutları birləşdirəcək.
Overçuk Rusiyanın layihənin tez bir zamanda işə salınmasında maraqlı olduğunu vurğulayaraq, bunun yük daşımalarının səmərəliliyini artıracağını və bütün iştirakçılara fayda verəcəyini qeyd etdi.
Xatırladaq ki, iki həftə əvvəl Aleksey Overçuk TASS agentliyinə geniş müsahibəsində TRİPP marşrutunu tənqid edib və Rusiyanın Meqri yolundan istifadə etməyəcəyini bəyan etmişdi.
SİTAT: "Əgər bu razılaşma nə vaxtsa yekunlaşarsa, Ermənistan Meğri hissəsinin idarəetmə şirkətinin yalnız 26%-ni alacaq. Yeri gəlmişkən, dəmir yolu həmkarlarımız artıq Rusiyanın Türkiyə dəmir yolundan istifadə edib-etməyəcəyini düşünürlər. Tariflər açıq-aydın rol oynayacaq, amma Rusiyanın artıq Ermənistanda maraqları yoxdursa, yüklərimizin bu istiqamətdə hərəkət etməsi lehinə arqumentlər də az olacaq.
Problem ondadır ki, bu imzalar daha dərin proseslərə təkan verib. Onlar 1828-ci ildə Türkmənçay müqaviləsindən bəri mövcud olan regional tarazlığı pozdular."
1 dəqiqə