Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
Bunu Ermənistanın Belçikadakı səfiri və Ermənistanın Avropa İttifaqındakı nümayəndəliyinin rəhbəri Tiqran Balayan deyib

Ermənistanın Rusiya ilə dərin tarixi əlaqələri var, bu baxımdan RF-in Qafqazda maraqlarını pozmaq cəhdləri fəlakətlidir. Bunu Ermənistanın Belçikadakı səfiri və Ermənistanın Avropa İttifaqındakı (Aİ) nümayəndəliyinin rəhbəri Tiqran Balayan ABŞ-ın "Politico" qəzetinə müsahibəsində deyib.
“Ermənistanın coğrafiyası o deməkdir ki, o, Rusiya ilə tarixən və praktiki olaraq o qədər əlaqələri var ki, yalnız xəyalpərəstlər Ermənistanın regionda Rusiyanın maraqlarını pozmağa cəhd edərək intihar addımı atacağını düşünə bilərlər”, – o deyib.
Diplomat vurğulayıb ki, Ermənistanın Aİ ilə sıx əlaqələri Rusiya ilə isti ikitərəfli münasibətləri istisna etmir və “biz bunu rusiyalı həmkarlarımıza izah etmək istəyirik”.